Putin: “Dağlıq Qarabağ Azərbaycanın ayrılmaz hissəsidir”

22 Noyabr 2020 18:20 Gündəm 472
Putin: “Dağlıq Qarabağ Azərbaycanın ayrılmaz hissəsidir”

“Dağlıq Qarabağ və ətraf rayonlar Azərbaycanın ayrılmaz hissəsidir”.

Sportinfo.az xəbər verir ki, bunu Rusiya Prezidenti Vladimir Putin “Rossiya-1” kanalına müsahibəsində deyib.

“Ermənistan özü belə qondarma “Dağlıq Qarabağ Respublikası”nın müstəqilliyini və suverenliyini tanımadı. Bu o deməkdir ki, beynəlxalq hüquq baxımından Dağlıq Qarabağ və ətraf ərazilər Azərbaycan Respublikasının ayrılmaz hissəsidir”, - deyə Putin bildirib.

O qeyd edib ki, Moskva Yerevanla hərbi-texniki əməkdaşlıq çərçivəsində öz öhdəliklərini tamamilə yerinə yetirib: “Heç kim Ermənistanın ərazisinə hücum etməmişdi və bu da bizə hərbi əməliyyatlarda birbaşa iştirak etmək hüququ vermirdi”.

Digər Xəbərlər
Xəbər Lenti