İşğaldan azad edilmiş ərazilərdə müvəqqəti komendaturalar yaradılacaq

29 Oktyabr 2020 01:10 Gündəm 811
İşğaldan azad edilmiş ərazilərdə müvəqqəti komendaturalar yaradılacaq

“Biz dəymiş ziyanı hesablayacağıq. Mən artıq komanda vermişəm, işğaldan azad edilmiş ərazilərdə xüsusi müvəqqəti komendaturalar yaradılmasına dair təlimatlar vermişəm. Cəmi bir neçə gün bundan əvvəl bu cür tapşırıq verilib”.

Sportinfo.az xəbər verir ki, bunu Prezident İlham Əliyev Rusiyanın İnterfaks agentliyinə müsahibəsində deyib.

Dövlət başçısı deyib:

“Biz hər şeyi inventarlaşdıracağıq, orada qalanların uçotunu aparacağıq, bizə vurulmuş ziyanın həcmini qiymətləndirəcəyik və təbii ki, bundan sonra artıq bizim vətəndaşların oraya qayıdacağı mərhələdə müvafiq hüquqi prosedurlar aparılacaq, biz təcavüzkarı məsuliyyətə cəlb edəcəyik. Odur ki, perspektivdə, fikrimcə 5-10 il ərzində bu, qeyri-neft sektorunun inkişafına yaxşı təkan verəcək, qısamüddətli perspektivdə isə bu, məsrəf tələb edəcək. Lakin, başa düşürsünüzmü, Qarabağı bərpa etmək, onu yer üzündə ən gözəl və həyat üçün rahat guşələrdən birinə çevirməkdən bizi dayandıra biləcək maddi maneə yoxdur”.

Digər Xəbərlər
Xəbər Lenti
24 Aprel 16:50 Çək və bizə göndər!
24 Aprel 09:40 "Neftçi" canlı yayımda
24 Aprel 02:40 Çempion oldular