İlham Əliyev: “Məqsəd işğal altında olan torpaqlarımızı işğalçılardan azad etməkdir”

27 Sentyabr 2020 15:10 Gündəm 439
İlham Əliyev: “Məqsəd işğal altında olan torpaqlarımızı işğalçılardan azad etməkdir”

"Güclü Azərbaycan Ordusunun əks hücum əməliyyatlarında bizim müxtəlif silahlı birləşmələrimiz iştirak edir. Biz hər zaman Azərbaycan Ordusu üçün lazım olan bütün dəstəyi vermişik və verəcəyik".

Sportinfo.az xəbər verir ki, bu sözləri Ölkə başçısı İlham Əliyev bu gün keçirilən Təhlükəsizlik Şurasının iclasında deyib.

Ölkə başçısı bildirib ki, Azərbaycan Ordusunun vahid komandanın rəhbərliyi altında əks hücum əməliyyatları uğurla gedir:

"Bütün silahlı birləşmələr arasında koordinasiya yüksək səviyyədə yerinə yetirilib. Mən əminəm ki, bu əks hücum əməliyyatını uğurla davam edəcək. Çünki, Azərbaycan Ordusunun heç kimin torpağına göz dikməyib. Azərbaycanın tək məqsədi öz torpağını müdafiə etmək, işğal altında olan torpaqlarını işğalçılardan azad etməkdir”.

Digər Xəbərlər
Xəbər Lenti
19 Aprel 16:30 Çək və bizə göndər!
19 Aprel 11:20 GƏLİN və GÖRÜN!
19 Aprel 02:50 Nicat yenə məğlub oldu
19 Aprel 01:00 "Futbol əməliyyatı"