Hikmət Hacıyev brifinq keçirdi - ermənilərin cəbhədə etdiyi təxribatla bağlı

27 Sentyabr 2020 14:15 Gündəm 532
Hikmət Hacıyev brifinq keçirdi - ermənilərin cəbhədə etdiyi təxribatla bağlı

Prezidentin köməkçisi, Prezident Administrasiyasının xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Ermənistan tərəfinin cəbhədə etdiyi təxribatla bağlı brifinq keçirib.

Sportinfo.az xəbər verir ki, brifinqdə Müdafiə Nazirliyinin mətbuat xidmətinin mətbuat katibi polkovnik-leytenant Anar Eyvazov da iştirak edib.

H. Hacıyev bildirib ki, hərbi sirr olduğunu nəzərə alaraq əməliyyatlarla bağlı geniş məlumat verə bilmir: "Amma yaxın zamanda ölkə ictimaiyyəti də məlumatlandırılacaq".

O, cəmiyyəti rəsmi mənbələrdən məlumat almağa çağırıb. Ermənistan mətbuat orqanlarına inanmamağa, təxribata uymamağa səsləyib.

Hikmət Hacıyev qeyd edib ki, bir sıra strateji yüksəklikər, bir sıra ərazilər, kəndlər işğaldan azad edilib

Digər Xəbərlər
Xəbər Lenti