Azərbaycanda fitnes və trenajor zalları açıla bilər, amma...

26 Sentyabr 2020 16:56 Gündəm 1 365
Azərbaycanda fitnes və trenajor zalları açıla bilər, amma...

Azərbaycanın Gənclər və İdman Nazirliyi Nazirlər Kabineti yanında Operativ Qərargahla birlikdə idman yarışlarının keçirilməsi, idman zalları və fitnes klublarının açılmasını nəzərdə tutan xüsusi proqram hazırlayır.

Sportinfo.az xəbər verir ki, bunu qurumun rəhbəri Azad Rəhimov bildirib.

“İdmanın bir çox növləri üzrə çempionatlar adətən noyabr-dekabr aylarında keçirilir. Biz yarışları keçirməyi çox istəyirik. Hazırda Nazirlər Kabineti yanında Operativ Qərargahla birlikdə böyük proqram hazırlayırıq. Orada idman zalları, fitnes mərkəzlərinin açılması da nəzərdə tutulub”, - Rəhimov deyib.

İlkin mərhələdə nazirin sözlərinə görə, yarışları tamaşaçısız keçirmək planlaşdırılır. Məlumata görə, proqramda əsas bənd ondan ibarətdir ki, 100 kv.m sahədə yalnız dörd nəfər və bir məşqçi məşq edə bilər.

Azərbaycanda mart ayında karantin rejiminin tətbiqi ilə idman və fitnes zallarının fəaliyyəti məhdudlaşdırılıb, eləcə də qapalı məkanlarda idman tədbirlərinin keçirilməsi yasaqlanıb. Karantin rejimi ölkədə sentyabrın 30-dək davam edəcək.

Digər Xəbərlər
Xəbər Lenti