"Qəbələ"nin təmsilçisi Moskvada gürcü rəqibini boğdu və… - FOTO

26 Sentyabr 2020 01:10 Gündəm 537
"Qəbələ"nin təmsilçisi Moskvada gürcü rəqibini boğdu və… - FOTO

Moskvada keçirilən "Fight Nights 98" yarışında Azərbaycan döyüşçüsü Nəriman Abbasov gürcü rəqibi Mixail Qoqitidze üzərində qələbə qazanaraq yüngül çəkidə çempionluq titulunu qoruyub.

Sportinfo.az xəbər verir ki, "Qəbələ"nin təmsilçisi birinci raundda üstünlük qazanıb və döyüşün sonunda rəqibini nokdauna göndərməyə yaxın olub.

Lakin döyüşün taleyi ikinci raundda bəlli olub. Abbasov boğma fəndindən istifadə edərək, rəqibi üzərində ikinci qələbəsini qazanıb.

Beləliklə, Nəriman Abbasov peşəkar karyerasında 25-ci döyüşü udub. Mixail Qoqitidze isə yeddinci dəfə məğlub olub.

Digər Xəbərlər
Xəbər Lenti