"Qarabağ"la matçda müsbət nəticə qazanacağımıza ümid edirik"

25 Sentyabr 2020 18:34 Gündəm 1 258
"Qarabağ"la matçda müsbət nəticə qazanacağımıza ümid edirik"

"Sonda qəələbə qazana bildik, ən vacib olan şey budur. Növbəti mərhələyə yüksəldik və hazırda pley-offdakı oyuna hazırlaşmalıyıq".

Sportinfo.az xəbər verir ki, bu fikirləri "Legiya"nın futbolçusu Joze Kante Kosovo "Drita"sına 2:0 hesabı ilə qalib gəldikləri Avropa Liqasının III təsnifat mərhələsinin oyunundan sonra klubun rəsmi saytına açıqlamasında deyib.

30 yaşlı hücumçu əla oyun göstərə bilmədiklərini bildirib. Qvineyalı forvard pley-off mərhələsində "Qarabağ"la görüşdən əvvəl daha çox çalışmalı olduqlarını vurğulayıb:

"Yaxşı ki, "Şlyonsk"la çempionat matçı təxirə salınıb. Hətta deyərdim ki, buna ehtiyac var idi, çünki növbəti həftə çox vacib matçımız olacaq. Bu, liqa rəhbərliyinin verdiyi yaxşı qərardır, biz də bunu qiymətləndirməliyik.

Çünki "Qarabağ"la oyun klubumuz üçün çox önəmlidir. Hazırlaşmaq üçün bir həftəmiz var, sabahdan "Qarabağ"la matça köklənəcəyik. Müsbət nəticə qazanacağımıza ümid edirik".

"Legiya" - "Qarabağ" matçı oktyabrın 1-də Varşavada keçiriləcək. Qalib komanda Avropa Liqasının qrup mərhələsinə vəsiqə qazanacaq.

Digər Xəbərlər
Xəbər Lenti