Astroloqun Mənsimovla bağlı proqnozu DÜZ ÇIXMADI

25 Sentyabr 2020 13:12 Gündəm 604
Astroloqun Mənsimovla bağlı proqnozu DÜZ ÇIXMADI

Tanınmış astroloq Səbuhi Rəhimli bir müddət əvvəl hazırda Türkiyədə həbsdə olan «Xəzər Lənkəran»ın yaradıcsı Mübariz Mənsimovun iyulda azadlığa çıxacağı ilə bağlı proqnoz vermişdi.

Sportinfo.az xəbər verir ki, o, klub sahibinin iyuldan etibarən iş başında olacağını iddia etmişdi.

Artıq sentyabrın son günləri olmasına baxmayaraq, Mənsimov hələ də həbsdədir və ötən gün İstanbul məhkəməsinin verdiyi qərara əsasən azı dekabr ayına qədər azadlığa çıxa bilməyəcək.

Belə ki, məhkəmə azərbaycanlı iş adamının həbs müddətinin dekabrın 9-na qədər uzadılması haqda qərar verib.

Məsələ ilə bağlı astroloq Səbuhi Rəhimliyə sorğu göndərilib, lakin o, hələlik sualı cavablandırmayıb.

Digər Xəbərlər
Xəbər Lenti
23 Aprel 18:40 “İki seçimimiz var”
23 Aprel 16:30 Çək və bizə göndər!