"Qarabağ" yanlışlıqlarıın aradan qalxmasını, ya da nəyin səhv olduğunu göstərəcək"

25 Sentyabr 2020 13:54 Gündəm 696
"Qarabağ" yanlışlıqlarıın aradan qalxmasını, ya da nəyin səhv olduğunu göstərəcək"

"Güman edirdim ki, bu gün bir heyətlə oynayacaq və "Şlyonsk"la matçda çoxlu dəyişiklik edəcəyik".

Sportinfo.az xəbər verir ki, bu sözlər "Legiya"nın baş məşqçisi Çeslav Mixneviçə məxsusdur.

Polşa Futbol İttifaqı Avropa Liqasının pley-off mərhələsinə yüksəlmiş "Legiya" və "Lex"in həftəsonu ölkə çempionatında müvafiq olaraq, "Şlyonsk" və "Poqon"a qarşı keçirəcəkləri oyunları təxirə salıb.

Bu addım avrokubok matçlarına daha yaxşı hazırlaşmaq üçün atılıb. Səbəb komandanın pley-off mərhələsi çərçivəsində “Qarabağ”la qarşılaşmasıdır.

Mixneviç qərardan yalnız "Drita" ilə oyunun (2:0) ardından xəbər tutduğunu bildirib:

Varşava təmsilçisi Azərbaycan çempionu ilə oktyabrın 1-də baş tutacaq matça rahat hazırlaşmaq üçün sentyabrın 27-də “Slask”la Ekstraklasanın V tur görüşünün təxirə salınmasını istəyib.

Yerli federasiya bu istəyi qəbul edib və oyun qeyri-müəyyən müddətə təxirə salınıb. Bir oyundan ibarət pley-off mərhələsi çərçivəsində “Legiya” – “Qarabağ” matçı Polşada oynanılacaq.

Mixneviç deyib: ”Çempionat oyunumuzun təxirə salındığını avrokubok oyunumuzdan əvvəl bilmirdim, yalnız indi xəbər tutdum.

Sözsüz ki, "Qarabağ"la matçadək vaxtımız olacaq və bu müddətdən maksimum yararlanmaq istəyirik. Nəticə ya bütün yanlışlıqlarımızın aradan qalxdığını, ya da nəyinsə səhv olduğunu göstərəcək. Amma ümid edək ki, hər şey yaxşı olacaq".

Qarşıdakı həftə üçün dəqiq plana malik olduqlarını deyən baş məşqçi paralel çalışdığı Polşanın U-21 yığmasına namizəd futbolçulara ümid etməyəcəyini diqqətə çatdırıb. O, gənclərdən gələcəkdə yararlanmaq niyyətini ifadə edib.

Digər Xəbərlər
Xəbər Lenti