Azərbaycan çempionundan qorxdular, bu qərarı verdilər

25 Sentyabr 2020 10:10 Gündəm 836
Azərbaycan çempionundan qorxdular, bu qərarı verdilər

Avropa Liqasının III təsnifat mərhələsində “Drita” üzərində 2:0 hesablı qələbə qazanaraq mübarizəni davam etdirən “Legiya”nın Polşa çempionatındakı matçı təxirə salınıb.

Sportinfo.az xəbər verir ki, buna səbəb komandanın pley-off mərhələsi çərçivəsində “Qarabağ”la qarşılaşmasıdır.

Varşava təmsilçisi Azərbaycan çempionu ilə oktyabrın 1-də baş tutacaq matça rahat hazırlaşmaq üçün sentyabrın 27-də “Slask”la Ekstraklasanın V tur görüşünün təxirə salınmasını istəyib.

Yerli federasiya bu istəyi qəbul edib və oyun qeyri-müəyyən müddətə təxirə salınıb. Bbir oyundan ibarət pley-off mərhələsi çərçivəsində “Legiya” – “Qarabağ” matçı Polşada oynanılacaq.

Digər Xəbərlər
Xəbər Lenti
23 Aprel 18:40 “İki seçimimiz var”
23 Aprel 16:30 Çək və bizə göndər!