Koronavirusun sürətlə yayılmasının ƏSAS SƏBƏBİ

24 Sentyabr 2020 09:00 Gündəm 702
Koronavirusun sürətlə yayılmasının ƏSAS SƏBƏBİ

Alimlər SARS-CoV-2-nin ötürülməsinin əsas amilinin havadakı nəmin buxarlanma sürəti olduğunu aşkar edib.

Sportinfo.az xəbər verir ki, bu barədə “EurekAlert”in yayımlanan press-relizində bildirilib.

Tədqiqatçılar rütubət, istilik və küləyin sürətinin virus hissəcikləri olan tüpürcəyin ən kiçik damcılarının yayılmasına təsirini araşdırıb.

Nəzəri modelləşdirmə və hidrodinamik təcrübələrin nəticələri göstərib ki, yüksək temperatur və aşağı nisbi rütubət tüpürcəklə çirklənmiş damlacıqların yüksək buxarlanma dərəcəsinə səbəb olur və bu da virusun canlılığını əhəmiyyətli dərəcədə azaldır.

Bununla birlikdə, nisbi rütubət yüksək olduqda damcı buludların keçdiyi məsafə və onların konsentrasiyası, yüksək temperaturda da əhəmiyyətli olaraq qalır.

Küləyin sürəti sosial məsafə qaydasında mümkün dəyişikliklərə təsir edən başqa bir amildir. Bu nəticələr dünyanın həm yüksək temperatur, həm də yüksək nisbi rütubət zonalarında yaşayan əhalinin sıx olduğu müxtəlif şəhərlərdə pandemiyanın iyul ayında niyə gücləndiyini izah etməyə kömək edib.

Payız və qış fəsillərində soyuq temperatur və yüksək külək sürəti havadakı virusun sağ qalmasını, eynilə ötürülməsini artıracağı zaman pandemiyanın şiddətlənəcəyi ehtimalı barədə də xəbərdarlıq edilib.

Digər Xəbərlər
Xəbər Lenti
18 Mart 11:00 Görürsüz, nə var?