UEFA avrokuboklarda 5 əvəzetmə qaydasını qüvvədə saxladı

24 Sentyabr 2020 00:42 Gündəm 527
UEFA avrokuboklarda 5 əvəzetmə qaydasını qüvvədə saxladı

Çempionlar Liqası və Avropa Liqasında 5 əvəzetmə qaydası 2020/2021 mövsümündə də tətbiq olunacaq.

Sportinfo.az xəbər verir ki, qitə futbol qurumu qaydanı qüvvədə saxlamağı məqsədəuyğun hesab edib.

Qərarın İcraiyyə Komitəsinin sabahkı iclasında təsdiqlənəcəyi bildirilib.

Beynəlxalq Futbol Assosiasiyaları Şurası (IFAB) bu ilin mayında FIFA-nın koronavirus pandemiyası səbəbindən oyunlar zamanı əvəzetmə sayının müvvəqqəti olaraq artırılması təklifini təsdiqləyib.

Digər Xəbərlər
Xəbər Lenti