Ən yaxşı futbolçu və baş məşqçi adına namizədlər

23 Sentyabr 2020 18:20 Gündəm 469
Ən yaxşı futbolçu və baş məşqçi adına namizədlər

UEFA 2019/2020 mövsümü üçün ən yaxşı futbolçu və baş məşqçi adına namizədləri açıqlayıb.

Sportinfo.az xəbər verir ki, “Bavariya”dan Manuel Noyer və Robert Levandovski, “Mançester Siti”dən isə Kevin de Bruyne ən yaxşı futbolçu adına namizəddir.

Hans-Diter Flik (“Bavariya”), Yulian Naqelsmann (“Leyptsiq”) və Yurgen Klopp ("Liverpul") isə ən yaxşı baş məşqçi adına namizəd olublar.

Münhen təmsilçisi ötən mövsüm Hans Flikin başçılığı ilə Bundesliqanın, Almaniya kubokunun, eləcə də Çempionlar Liqasının qalibi olub.

“Liverpul” isə “Yurqen Klopp” ilə UEFA Superkubokunu qazanıb və 30 illik fasilədən sonra İngiltərə Premyer Liqasının qalibi olub.

Yulian Naqelsmanna gəldikdə isə “Leypsiq” 33 yaşlı məşqçi ilə Çempionlar Liqasının yarımfinal mərhələsinə kimi irəliləyib.

Qaliblər oktyabrın 1-də, Çempionlar Liqasının püşkatma mərasimində açıqlanacaq.

Digər Xəbərlər
Xəbər Lenti