5 futbolçu koronavirusa yoluxdu, Ağayev problemlə üzləşdi

23 Sentyabr 2020 16:56 Gündəm 720
5 futbolçu koronavirusa yoluxdu, Ağayev problemlə üzləşdi

Avropa Liqasının III təsnifat mərhələsində Rumıniya "Styaua"sı ilə "Slovan" (Liberets) arasında keçirilməli olan oyun təxirə salına bilər.

Sportinfo.az xəbər verir ki, səbəb meydan sahiblərinin heyətində 5 futbolçunun koronavirusa yoluxmasıdır.

Buxarest təmsilçisinin matçın vaxtının dəyişdirilməsi ilə bağlı UEFA-ya müraciət etdiyi bildirilib.

Daha əvvəl Avropa Lqiasının II təsnifat mərhələsində "Baçka Topola" (Serbiya) ilə görüş öncəsi "Styaua"da virusa 9 yoluxma halı aşkarlanıb.

Sentyabrın 24-nə nəzərdə tutulan "Styaua" - "Slovan" matçını Azərbaycanın FIFA referisi Əliyar Ağayev idarə etməlidir.

Digər Xəbərlər
Xəbər Lenti
24 Aprel 16:50 Çək və bizə göndər!
24 Aprel 11:00 Tanıtmaq üçün varıq!
24 Aprel 09:40 "Neftçi" canlı yayımda
24 Aprel 02:40 Çempion oldular
24 Aprel 02:00 Bakıda I modul başladı