“Kəpəz”in baş məşqçisi bu şəxs olacaq? – “Hər şey mümkündür”

20 May 2022 21:00 Gündəm 1 701
“Kəpəz”in baş məşqçisi bu şəxs olacaq? – “Hər şey mümkündür”

“Turan Tovuz”a keçidi alınmayan Yunis Hüseynovun növbəti iş yerinin “Kəpəz” olacağı deyilir.

Düzdür, doğma şəhərinin doğma komandasını hazırda Yaşar Vahabzadə çalışdırır və Premyer Liqaya bu mütəxəssislə “ayaq basacaq”.

Lakin “Kəpəz”dəki ilk “titrəmədəcə” Yunis bəyin Gəncəyə göndəriləcəyi söylənilir. Səbəbkar saytımıza açıqlamasında bu haqda məlumat verib:

“Hazırda “Kəpəz”in baş məşqçisi var. Səmimiyyətimə inanın, belə bir söhbət yoxdur. “Turan Tovuz” variantı var idi, o da alınmadı.

Gələcəkdə nə olacağını indidən heç kim deyə bilməz. Gələcəklə bağlı danışırıqsa, dəvət hər klubdan ola bilər.

O da baxır həmin klubun rəhbərliyinə. Şou yaratmayan klub rəhbərliyi olsa, hər şey mümkündür”.

Yunis Hüseynov məşqçilik karyerasında “Karvan”, “Standart”, “Xəzər Lənkəran”, “Kəpəz” və “Şamaxı”nı çalışdırıb. 2020-ci ilin sonunda “Şamaxı”dan ayrılandan sonra işsizdir.

HƏBİB / SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti