Rusiyalı hücumçunu milliləşdirəcək - Azərbaycanla oyuna qədər

19 May 2022 20:20 Gündəm 1 188
Rusiyalı hücumçunu milliləşdirəcək - Azərbaycanla oyuna qədər

Qazaxıstanın millisi Millətlər Liqasının Azərbaycanla ilk oyunu ərəfəsində sıralarını yeni milliləşdirilmiş futbolçu ilə gücləndirə bilər.

Sportinfo.az xəbər verir ki, söhbət "Axmat"ının rusiyalı hücumçusu İdris Umayevin Qazaxıstan millisinə cəlb olunmasından gedir.

Millinin yeni çalışdırıcısı Maqomed Adiyev məsələ haqda vesti.kz saytına açıqlama verib:

"Umayev özü millimizdə oynamaq istəyir. Mənə dedi ki, Qazaxıstan vətəndaşlığına sahib olaraq, millidə oynamaq istəyərəm.

Dedi ki, siz də oradasınız. İdrisin istəyi var, məsələ müzakirə mövzusudu".

Digər Xəbərlər
Xəbər Lenti