Yeni baş məşqçi Premyer Liqaya qayıdan klubda ilk seçimini etdi

20 May 2022 11:40 Gündəm 1 361
Yeni baş məşqçi Premyer Liqaya qayıdan klubda ilk seçimini etdi

"Turan Tovuz"un sükanı arxasına keçməyə hazırlaşan Ayxan Abbasovun əsas köməkçisinin kimliyi məlum olub.

O, «Zirə» və «Sumqayıt»da birgə çalışdığı Elnur Çodarovla yenidən bir yerdə işləyəcək.

Məşqçi korpusunda yer alacaq digər yardımçıların kimliyi də qarşıdakı günlərdə müəyyənləşəcək.

İki gün öncə "Turan Tovuz"un Müşahidə Şurasının növbəti iclası keçirilib.

Toplantıda əsas məsələ yeni baş məşqçinin seçilməsi olub. Aparılan müzakirələrdən sonra namizədlər arasından Ayxan Abbasovun klubun strategiyasına daha uyğun olduğu vurğulanıb.

Artıq PRO kateqoriyalı mütəxəssislə danışıqlara başlanıb. Danışıqlar müsbət nəticə verəcəyi təqdirdə Ayxan Abbasovla müqavilə imzalanacaq. Bu haqda ictimaiyyətə rəsmi açıqlama veriləcək.

SPORTİNFO.AZ

Xəbər Lenti