Zelenski BƏYAN ETDİ: Yalnız bu halda sülh olacaq!

19 May 2022 02:50 Gündəm 758
Zelenski BƏYAN ETDİ: Yalnız bu halda sülh olacaq!

Almaniya kansleri Olaf Şolts Ukrayna Prezidenti Vladimir Zelenski ilə danışıqlar aparıb, bu zaman tərəflər münaqişənin diplomatik yolla həlli üçün Rusiyanın hərbi əməliyyatları dayandırmasının vacibliyini bəyan ediblər.

Sportinfo.az xəbər verir ki, bu barədə Almaniya Nazirlər Kabinetinin rəsmi nümayəndəsi Şteffen Hebeştreit məlumat verib.

“Kansler bu gün Zelenski ilə yenidən hərbi və humanitar vəziyyəti müzakirə etdi. Onlar açıq şəkildə bildirdilər ki, münaqişənin danışıqlar yolu ilə diplomatik həlli yalnız Rusiya tərəfindən hərbi əməliyyatların dərhal dayandırılması və hərbi personalın çıxarılması ilə ola bilər” - o qeyd edib.

Şolts və Zelenski mayın 11-də telefonla danışıblar.

Digər Xəbərlər
Xəbər Lenti