Ukraynadan müharibədə dönüş - Qoşunlar dövlət sərhədinə yaxınlaşdı

16 May 2022 03:00 Gündəm 750
Ukraynadan müharibədə dönüş - Qoşunlar dövlət sərhədinə yaxınlaşdı

"Ukraynanın silahlı qüvvələri artıq Xarkov vilayətinin şimal-şərqindəki sərhədə yaxın ərazidə yerləşir.

Yaxın günlərdə müdafiəçilərimiz ölkə sərhədinə çatmağa çalışacaqlar”.

Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) rəhbərinin müşaviri Vadim Denisenko bildirib.

"Əgər söhbət Xarkov vilayətinin şimal-şərqindən gedirsə, orada Ukrayna qoşunları həqiqətən də orada əks-hücuma keçiblər, biz artıq sərhədə yaxınıq və ümid edirəm, hər şey yaxşı olsa, yaxın günlərdə Ukrayna sərhədinə çatmağa çalışacağıq”, - Denisenko deyib.

Eyni zamanda, onun sözlərinə görə, işğalçılar tərəfindən üç körpünün dağıdılması Ukraynanın regionda əks-hücumunu müəyyən qədər ləngidə bilər.

"Əgər regionun cənubundan, İzyum istiqamətindən danışırıqsa, onda onlar (işğalçılar - red.) orada cəmləşirlər, Slavyanska və Kramatorska növbəti zərbə vurmağı düşünürlər", - DİN rəsmisi əlavə edib.

Digər Xəbərlər
Xəbər Lenti