Son günlər idman mətbuatımızın əsas müzakirə mövzusu, təbii ki, Mahir Emreli ilə bağlıdır.
Onun düşdüyü durumdan hər birimiz agahıq və narahatıq.
"Legiya"nın Dubaydakı təlim-məşq toplanışına qatılmayan hücumçu Polşa təmsilçisindən ayrılmaq istəyində nə qədər ciddi olduğunu göstəmiş oldu.
Onu adı indi daha çox Xorvatiyanın "Dinamo" və Türkiyənin bir neçə klubu ilə daha çox çəkilir. Görəsən, hazırkı məqamda hansı seçimi Mahir üçün uğurlu hesab etmək olar?
Sualımıza cavab tapmaq üçün uz tutduq sabiq meneceri Tural Əsgərova.
Tural bəy Sportinfo.az-a məsələ ilə bağlı qısaca şərh verməyi məqsədə uyğun saydı:
"Mahir Emreli uzun müddət mənim müştərim olub. Amma bir müddət əvvəl onunla əməkdaşlığı dayandırmışıq.
O baxımdan, bu mövzuda fikir bildirməyim düzgün çıxmaz.
Ancaq onu deyə bilərəm ki, bu gün hansı kluba keçidinin Mahirə xeyir verəcəyindən çox, indi düşdüyü durumdan özünə, karyerasına ciddi ziyan vurmadan həll etməsi daha önəmlidir".