Müdafiə Nazirliyi Qırmızı Bazarla bağlı məlumat yaydı - RƏSMİ

10 Yanvar 2022 18:10 Gündəm 800
Müdafiə Nazirliyi Qırmızı Bazarla bağlı məlumat yaydı - RƏSMİ

"Azərbaycan Ordusunun bölmələri tərəfindən Qırmızı Bazar istiqamətində guya atəş açılması və nəticədə avtomobilin yanması barədə erməni sosial şəbəkə istifadəçilərinin yaydıqları məlumat yalandır".

Bu barədə musavat.com-un sorğusuna cavab olaraq Müdafiə Nazirliyindən bildirilib.

Məlumata görə, bölmələrimiz tərəfindən qeyd olunan istiqamətdə atəş açılmayıb. Azərbaycan Ordusu mülki əhalini və obyektləri atəşə tutmayıb:

"Hazırda bu istiqamətdə sakitlikdir. Qarşı tərəfin bu kimi növbəti təxribat xarakterli məlumatının heç bir real əsası yoxdur".

Digər Xəbərlər
Xəbər Lenti