"Mahir buna görə belə bir addım atıb - Onu havayı əldə edə bilərlər"

10 Yanvar 2022 12:40 Gündəm 1 518
"Mahir buna görə belə bir addım atıb - Onu havayı əldə edə bilərlər"

"Baxın, "Legiya" azarkeşləri öz oyunçularının olduğu avtobusa hücum etdikdən sonra Mahir müqaviləsinin pozulması üçün müraciət edib".

Sportinfo.az xəbər verir ki, bu fikirləri polşalı sabiq futbolçu İvitsa Vrdolyak səsləndirib.

Polşalı keçmiş forvard hesab edir ki, Zaqreb "Dinamo"sunun 24 yaşlı hücumçunu heyətinə pulsuz qatması mümkündür:

"O, özünə dəymiş zərər qarşılığında belə bir addım atıb. Ona görə də "Dinamo" Emrelini nəzəri cəhətdən havayı əldə edə bilər.

Azarkeşlər Lukinyas və Emreliyə qarşı daha aqressiv idilər. Çünki bu duet son oyunlarda mübarizə belə aparmırdı.

Lukinyas Varşavaya qayıtsa da, Emreli müqaviləsinin pozulmasına çalışır. Bu isə "Dinamo" üçün əla imkandır".

Digər Xəbərlər
Xəbər Lenti