"Azərbaycan gözləyir ki..."

3 Dekabr 2021 03:00 Gündəm 657
"Azərbaycan gözləyir ki..."

“Azərbaycan ərazilərini işğaldan azad edərək, Ermənistanın beynəlxalq hüquq normalarını pozaraq güc yolu ilə yaratdığı qondarma “reallığı” əvəz edən ədalət və asayişi bərpa edir”.

Sportinfo.az xəbər verir ki, bunu xarici işlər naziri Ceyhun Bayramov ATƏT-in Nazirlər Şurasının Stokholmda keçirilən 28-ci iclasında çıxışı zamanı deyib.

XİN rəhbərinin sözlərinə görə, bunun nəticəsidir ki, Ermənistan və Azərbaycan arasında təxminən otuz ildən sonra ilk dəfə sülh əldə edilə bilər:

“Bu baxımdan Azərbaycan, Rusiya və Ermənistan liderlərinin noyabrın 26-da Soçidə keçirilən görüşü irəliyə doğru mühüm addımdır.

Üç lider əvvəllər razılaşdırılmış parametrlərin həyata keçirilməsi ilə bağlı ətraflı və əsaslı müzakirələr aparıb, həmçinin münaqişədən sonrakı normallaşma ilə bağlı gələcək addımları müəyyən edib.

Bu ilin sonunadək sərhədlərin delimitasiyası və demarkasiyası üzrə Rusiya Federasiyasının məşvərətçi rolu ilə ikitərəfli Ermənistan-Azərbaycan komissiyasının yaradılması xüsusi əhəmiyyət kəsb edir.

Azərbaycan gözləyir ki, bu sazişlər təxirə salınmadan reallaşacaq və Cənubi Qafqazı daha sabit məkana çevirmək məqsədimizə töhfə verəcək”.

Digər Xəbərlər
Xəbər Lenti
24 Aprel 16:50 Çək və bizə göndər!
24 Aprel 11:00 Tanıtmaq üçün varıq!
24 Aprel 09:40 "Neftçi" canlı yayımda
24 Aprel 02:40 Çempion oldular
24 Aprel 02:00 Bakıda I modul başladı