“Qarabağ” ONa doğru

25 Noyabr 2021 20:10 Gündəm 759
“Qarabağ” ONa doğru

Konfrans Liqasının qrupunda “Omoniya”nı qəbul edəcək “Qarabağ” avrokubokların əsas mərhələsində 10-cu qələbəsini qazana bilər.

Sportinfo.az xəbər verir ki, Ağdam təmsilçisi indiyədək qrup mərhələlərində 9 dəfə qalib gəlib.

Qurban Qurbanovun yetirmələri qitəmiqyaslı turnirlərdə təsnifat mərhələləri nəzərə alınmadan qələbə qazanan yeganə Azərbaycan klubudur.

“Qarabağ” Çempionlar Liqası, Avropa Liqası və Konfrans Liqasında ümumilikdə 8-ci dəfə qrupda mübarizə aparır. Əvvəlki 46 görüşdə təmsilçimiz 9 dəfə üç xala sevinib.

Bu görüşdəki məhsuldarlıq da yubileylər vəd edir. “Qarabağ” 2 qol vursa, qrup mərhələlərində 40-cı dəfə fərqlənəcək.

Darmadağına nail olacağı halda isə ümumi qol sayında 150-yə çatacaq. Hazırda ağdamlıların hesabında 38-i qrupda olmaqla 146 avrokubok qolu var.

“Qarabağ” – “Omoniya” matçı saat 21:45-də başlayacaq.

Digər Xəbərlər
Xəbər Lenti