“Onun millinin paltardəyişmə otağında ciddi problemləri var“

21 Noyabr 2021 21:00 Gündəm 1 053
“Onun millinin paltardəyişmə otağında ciddi problemləri var“

“Yerlinin tərəfdarıyam, amma baxır, kimə şans veriləcək“.

Yığmanın sabiq hücumçusu Vaqif Cavadov Sportinfo.az-a açıqlamasında belə deyib.

O, AFFA-nın Canni De Byazi ilə yeni müqavilə imzalamalı olmadığını bildirib.

”Baş məşqçi yeni nəslin nümayəndəsi olarsa, bunu alqışlayaram. Yox, “köhnələr”dəndirsə, məncə, yığmanı yeni zirvəyə qaldıracaq elə bir məşqçi yoxdur.

Əcnəbi gətirsələr də, elə birinə güvənmək lazımdır ki, qısa müddətdə kollektivi qurub, hər şeydən xəbərdar olmağı bacarsın.

Görünən odur ki, Canni de Byazinin dövründə paltardəyişmə otağında ciddi problemlər var idi. Ona görə də komandada əhval-ruhiyyə və istək yox dərəcəsindəydi.

Amma Berti Foqtsun, Robert Prosineçkinin vaxtında əhval-ruhiyyə və qarşılıqlı anlaşma yüksək səviyyədə idi. Bu isə həmişə olmasa da, bir çox hallarda nəticələrdə özünü göstərirdi.

Rusiya və Xorvatiya ilə oyunlar, Türkiyə və Belçika ilə qarşılaşmalar, Şimali İrlandiya üzərində qələbə. Çox nümunə göstərmək olar”.

Digər Xəbərlər
Xəbər Lenti