"Gəlin, bütün itləri AFFA-nın üstünə hürdürməyək" – QALMAQALLI AÇIQLAMA

18 Noyabr 2021 10:40 Gündəm 2 657
"Gəlin, bütün itləri AFFA-nın üstünə hürdürməyək" – QALMAQALLI AÇIQLAMA

"Gəlin, bütün itləri AFFA-nın üstünə hürdürməyək".

Bu fikirləri Sportinfo.az-a açıqlamasında "İnter"in keçmiş prezidenti Georgi Nikolos səsləndirib.

2016-cı ildə qalmaqallı şəkildə Bakı klubundan ayrılan bolqarıstanlı funksioner Azərbaycan futbolunun bərbad duruma düşməsindən danışıb.
Sitat:

"Böyük əksəriyyət günahı ölkə futboluna cavabdehlik daşıyan qurumda - AFFA-da görür. Bu gün Premyer Liqada 8 komanda iştirak edir, digər liqalar yox dərəcəsindədir.

Futbolçu resursu yox dərəcəsindədir. Səviyyəli futbolçu azlığından, yoxluğundan danışırıqsa, bu mənada klublar günahkar görə bilərik.

AFFA-nın binasında futbolçu yetişən deyil axı. Klublar kütləvi legionerləşmədən əl çəkməli, yerli futbolçulara daxili və xarici arenalarda güvənməlidir.

Azərbaycanda necədir? Hamı nəticə qazanmaq üçün mübarizə aparır, düzdür? Bunu bacarmaq üçün nə etməlisən?

Təbii ki, legionerləri doldurmalısan komandaya. Sən etməsən, digərləri edəcək və mövsümün sonunda rəhbərlik səndən niyə bacarmadığını soruşacaq.

O vaxt bizim dövrümüzdə də beləydi, yəqin ki, indi də bu şəkildə davam edir. Bəli, AFFA-dakıların da böyük səhvləri var, amma tam onların üstünə yüklənmək də doğru olmaz".

Digər Xəbərlər
Xəbər Lenti