Bu gün Azərbaycanda 2025 yoluxma - 22 nəfər öldü

17 Noyabr 2021 16:50 Gündəm 828
Bu gün Azərbaycanda 2025 yoluxma - 22 nəfər öldü

Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 2 025 yeni yoluxma faktı qeydə alınıb, 2 267 nəfər müalicə olunaraq sağalıb.

Sportinfo.az xəbər verir ki, analiz nümunələri müsbət çıxan 22 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 565 965 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 528 105 nəfər müalicə olunaraq sağalıb, 7 524 nəfər vəfat edib. 30 336 nəfər aktiv xəstə sayını təşkil edib.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 12 127, bu günə qədər isə ümumilikdə 5 392 281 test icra olunub.

Digər Xəbərlər
Xəbər Lenti