Rövnəq Abdullayev Sadıq Sadıqovu yenə futbola qaytarır

17 Noyabr 2021 11:40 Gündəm 2 395
Rövnəq Abdullayev Sadıq Sadıqovu yenə futbola qaytarır

“Neftçi“nin sabiq prezidenti Sadıq Sadıqovun yenidən futbola dönməsi gözlənilir.

Bu, AFFA prezidenti Rövnəq Abdullayevin fikridir.

Federasiya başçısı yaxın qohumu ilə görüşərək, ona bu sahəyə dönməyi təkli edib.

Noyabrın 1-də Azərbaycan Cüdo Federasiyasında (AGF) növbədənkənar seçki konfransı baş tutub. Seçkinin nəticəsinə əsasən, rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev prezident postunda Rövnəq Abdullayevi əvəzləyib.

Burada yeni vitse-prezidentlərin adına da aydınlıq gəlib. Yenidən formalaşan ACF-də vitse-prezident vəzifəsini Rövşən Rüstəmov tutub.

Həmçinin Elnur Məmmədli yenidən 4 il müddətinə vitse-prezident seçilib.

Bundan başqa, səsvermənin nəticəsinə əsasən, Ağayar Axundzadə, Raqif Abbasov, Asif Əsgərov, Nazim Hüseynov, Azər Əsgərov və Elxan Məmmədov isə İcraiyyə Komitəsinin üzvləri seçiliblər.

Daha öncə vitse-prezident kimi Mikayıl İsmayılov, Sadıq Sadıqov və Elnur Məmmədli fəaliyyət göstərib. Baş katib isə Elmar Babanlı olub. Əvvəlki vitse-prezident Sadıq Sadıqov isə tutduğu postla vidalaşıb.

R.Abdullaev 2015-ci ildən adıçəkilən federasiyanın başında idi. O, bu postda keçmiş əmək və əhalinin sosial müdafiəsi naziri Füzuli Ələkbərovun yerini tutmuşdu. A.Sadıqov da bu dəyişikliyin nəticəsində vitse-prezident vəzifəsinə gətirilmişdi.

Sadıqov buna kimi «Neftçi»PFK-nın prezidenti idi. 5 ilə yaxın müddətdə paytaxt klubunu idarə edən Sadıq bəy bir sıra uğurlara imza atıb.

Bakılılar onun rəhbərliyi altında 3 dəfə ölkə çempionu olub, iki dəfə kuboku başı üzərinə qaldırıb, eyni zamanda, Azərbaycan təmsilçiləri arasında ilk dəfə Avropa Liqasının qrup mərhələsinə vəsiqə qazanıb.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
19 Aprel 16:30 Çək və bizə göndər!
19 Aprel 11:20 GƏLİN və GÖRÜN!
19 Aprel 02:50 Nicat yenə məğlub oldu
19 Aprel 01:00 "Futbol əməliyyatı"