Messi və Mahir: Onu sərt tənqid etdi, "axmaq" ifadəsini işlətdi - VİDEOLAR

25 Oktyabr 2021 20:20 Gündəm 1 850
Messi və Mahir: Onu sərt tənqid etdi, "axmaq" ifadəsini işlətdi - VİDEOLAR

Həftəsonu dünya futbolunda yaşanan 10 maraqlı hadisə açıqlanıb.

Sportinfo.az xəbər verir ki, "Watson.ch" nəşrinin açıqladığı siyahıda Polşa "Legiya"sında çıxış edən Azərbaycan millisinin futbolçusu Mahir Emrelinin uğursuzluğu da yer alıb.

24 yaşlı hücumçunun "Pyast"la Ekstraklasanın XII tur oyununda eyni epizodda iki dəfə topu dirəyə vurması qabardılıb.

Nəşr Emreli ilə bağlı yazıda onu sərt tənqid edib və "axmaq" ifadəsini işlədib: "Bu, bəzən söyləməkdən daha asandır. Amma bu halda yəqin ki, razılaşarıq.

Rəqibin meydançasında bir yox, iki dəfə tək qaldıqda dirəklər arasında dayanan qapıçı yoxdursa, o zaman topu qapıdan keçirmədiyinə görə qınaqlara dözməlisən. Bunu bacaran Mahir Emrelidir".

Bundan əlavə, ən maraqlı hadisələrdən biri PSJ-də çıxış edən ulduz Lionel Messinin başına gəlib.

33 yaşlı hücumçu "Marsel"lə qolsuz heç-heçə etdikləri XI tur matçında meydanda azarkeşlə qarşılaşıb.

Argentinalı oyunçu rəqibin cərimə meydançasına irəliləyərkən fanatlardan biri ona yaxınlaşıb. Daha sonra təhlükəsizlik əməkdaşları tərəfdarı meydandan çıxarıb.

Emreli görüş ərzində topu 3 dəfə dirəyə vurub. 24 yaşlı hücumçu 4-cü dəqiqədə ardıcıl iki dəfə qapıya zərbə endirib, lakin uğursuzluqla üzləşib. Emreli 71-ci dəqiqədə də eyni aqibəti yaşayıb.

Digər Xəbərlər
Xəbər Lenti