Rusiyanın məşhur media orqanı “Sportinfo”dan yazdı, xəbərimizə istinad etdi - FOTO 

25 Oktyabr 2021 13:40 Gündəm 1 471
Rusiyanın məşhur media orqanı “Sportinfo”dan yazdı, xəbərimizə istinad etdi - FOTO 

“Sabah”ın boş qalmış baş məşqçi postuna rusiyalı mütəxəssisin təyin olunacağından xəbərdarsız.

Sportinfo.az dünən bu barədə bilgi verib, hətta müqavilə şərtlərinin bir çox detalları barədə sizi məlumatlandırıb.

Artıq Murad Musayevin vətəni Rusiyada da bu xəbər yayılmaqdadır.

Adıçəkilən ölkənin tanınmış idman saytlarından olan Championat.ru “Sportinfo”da dərc olunmuş xəbəri tirajlayaraq, mənbə kimi saytımızı göstərib

(https://www.championat.com/football/news-4493509-eks-trener-krasnodara-murad-musaev-mozhet-vozglavit-azerbajdzhanskij-klub.html?fbclid=IwAR1BZqiHFrm1AI46L8YYkM3oIk_3e9ww228OCwsHvUx3IlBiXtXynzBxH50).

"Krasnodar"ın sabiq baş məşqçisinin Azərbaycanda çalışıb-çalışmayacağı bu gün tamamilə dəqiqləşəcək.

İki gün öncə Bakıya gələn rusiyalı mütəxəssis «Sabah»ın təmsilçiləri ilə görüşüb, klubun Masazırda yerləşən bazasıyla tanış olub.

Yaradılan şəraitdən və ümumi məqsədlərdən razı qalan məşqçinin bu gün daha üst səviyyədə qəbul edilməsi nəzərdə tutulur. Burada isə onunla yaxın gələcək konteksində hərtərəfli danışıqlar aparılacaq.

Apreldə sonuncu iş yerindən ayrılan Musayev «Sabah»da uzun müddət qalmaq niyyətindədir. «Pro» kateqoriyalı çalışdırıcı 3 illik (2+1) müqavilə imzalamaq arzusundadır.

Onun digər bir niyyəti qış fasiləsində transfer büdcəsinin ayrılmasına nail olmaq, həmçinin əsas heyətdə düşünmədiyi bəzi legionerləri yola salmaqdır.

Бывший главный тренер «Краснодара» Мурад Мусаев может продолжить карьеру в чемпионате Азербайджана, сообщает Sportinfo.az.

По информации источника, в услугах 37-летнего специалиста заинтересован «Сабах». В минувшую пятницу Мусаев встретился с представителями «Сабаха» в Баку и посетил базу азербайджанского клуба. На данный момент стороны обсуждают детали личного контракта специалиста. Мусаев рассчитывает заключить контракт по схеме 2+1, а также получить серьёзный трансферный бюджет на предстоящее зимнее окно.

Напомним, руководство «Краснодара» после разгромного поражения от грозненского «Ахмата» (0:5) в матче 24-го тура Российской Премьер-Лиги сезона-2020/2021 приняло отставку Мурада Мусаева с поста главного тренера команды. Главным тренером краснодарцев стал белорусский специалист Виктор Гончаренко, ушедший из московского ЦСКА.
Digər Xəbərlər
Xəbər Lenti
22 Aprel 18:10 Çək və bizə göndər!