“Bəzən bu, psixoloji vəziyyətə təsir edə, yüngül əsəbilik yarada bilər”

21 Oktyabr 2021 18:50 Gündəm 615
“Bəzən bu, psixoloji vəziyyətə təsir edə, yüngül əsəbilik yarada bilər”

"Bu həftə bizi vacib oyunlar gözləyir.

Əvvəlcə səfərdə "Qarabağ"a qarşı avrokubok görüşü, ardınca isə "Astana" ilə çempionat və Qazaxıstan Kubokunun cavab matçı var. Bu qarşılaşmaların hər biri çox çətin keçəcək".

Sportinfo.az xəbər verir ki, bunu "Kayrat"ın hücumçusu Vaqner Lav Bakıda "Qarabağ"a qarşı keçirəcəkləri Konfrans Liqasının qrup oyunu haqda "vesti.kz" saytına müsahibəsində deyib.

Braziliyalı forvardı mübarizə apardıqları H qrupunda keyfiyyətli komandaların yer aldığını bildirib:

"Artıq Kipr "Omoniya"sı və İsveçrə "Bazel"i ilə oynamışıq. İndi isə bizi "Qarabağ"la səfər matçı gözləyir. Pley-offa çıxmaq asan olmayacaq.

Amma bunun mümkünsüz olduğunu da deyə bilmərəm. Futbolda hər şey meydanda həll olunur. İnanıram ki, qrupdan çıxmaq şansımız var.

Lakin yadda saxlamalıyıq ki, "Kayrat" tarixində ilk dəfə avrokubokların qrupun iştirak edir. Bəzən bu, oyunçuların psixoloji vəziyyətinə təsir edə, yüngül əsəbilik yarada bilər.

Amma komandanın növbəti mərhələyə yüksəlməsi üçün mümkün olan hər şeyi etməyə çalışmalıyıq. Baş məşqçi bizə daha çox rahatlıq verir.

Xüsusən də hücum mövqeyində oynayan oyunçulara. Kurban Berdıyevin gəlişindən sonra cinahda oynayıram. Amma özümü yaxşı hiss edirəm.

Bütün oyunlar çətindir. Hamı oynamaq istəyir və futbolçuların fiziki gücü yerindədi. Zədədən sonra özümə gəlməyə çalışıram.

Son oyunlara iynə vurduraraq çıxmışdım. Qarşıdakı oyunlara hazır olmağa çalışacam”.

Bu gün Tofiq Bəhramov adına Respublika stadionunda oynanılacaq "Qarabağ" - "Kayrat" qarşılaşması saat 20:45-də başlayacaq.

Hazırda Ağdam təmsilçisi 4 xalla H qrupuna başçılıq edir. 1 xalı olan Almatı təmsilçisi isə 3-cü pillədə qərarlaşıb.

Digər Xəbərlər
Xəbər Lenti