“Qarabağ”a məğlubiyyət hamımızı məyus etdi, indi şansımız əvvəlkindən də azdır”

21 Oktyabr 2021 17:30 Gündəm 693
“Qarabağ”a məğlubiyyət hamımızı məyus etdi, indi şansımız əvvəlkindən də azdır”

“Tez-tez başqa ölkələrə səyahət etmək xoşdur.

Ötən il oyunların azarkeşsiz keçirilməsi istər-istəməz mənfi təsir edirdi”.

Sportinfo.az xəbər verir ki, bunu Konfrans Liqasında “Qarabağ”la eyni qrupda yer alan “Omoniya”nın baş məşqçisi Henninq Berq deyib.

III tur çərçivəsində bu gün “Bazel”in qonağı olacaq Kipr klubu səfərə heç də iddialı yollanmayıb. Ötən turda “Qarabağ”a evdə 1:4 hesablı məğlubiyyəti də xatırladan Berq İsveçrə klubunu daha güclü rəqib hesab edir:

“Qarabağ”a məğlubiyyət hamımızı məyus etdi. Amma həmin oyunun hisslərimizi məhv etməsinə imkan verməyəcəyik.

“Bazel” önündə şansımız “Qarabağ”la oyundan əvvəlkindən də azdır. Çünki “Bazel”in büdcəsi bizimkindən 5-6 dəfə çoxdur. Üstəlik, rəqib yüksək keyfiyyətə malikdir. Bu, təcrübə toplamaq baxımından bizim üçün önəmlidir”.

Qqrupun digər matçında bu gün “Qarabağ” “Kayrat”ı qəbul edəcək.

Digər Xəbərlər
Xəbər Lenti