Daha bir futbolçu millinin heyətindən kənarlaşdırıldı

12 Oktyabr 2021 18:10 Gündəm 992
Daha bir futbolçu millinin heyətindən kənarlaşdırıldı

Azərbaycan millisinin daha bir futbolçusu Serbiyaya qarşı 2022-ci il dünya çempionatının seçmə oyununu buraxacaq.

Sportinfo.az xəbər verir ki, baş məşqçi Canni De Byazi "Qəbələ"dən yığmaya cəlb edilən Rövlan Muradovu "23-lüy"ə daxil etməyib.

Bundan əlavə, ilk koronavirus testi müsbət çıxmış Mahir Emreli və Bakıda zədələndikdən sonra düşərgədən ayrılan Bəhlul Mustafazadə komandaya kömək edə bilməyəcək.

Bu gün Belqraddakı "Rayko Mitiç" stadionunda keçiriləcək görüş Bakı vaxtı ilə saat 22:45-də başlayacaq.

Digər Xəbərlər
Xəbər Lenti
24 Aprel 16:50 Çək və bizə göndər!
24 Aprel 11:00 Tanıtmaq üçün varıq!
24 Aprel 09:40 "Neftçi" canlı yayımda
24 Aprel 02:40 Çempion oldular
24 Aprel 02:00 Bakıda I modul başladı