"Messi ilə müqavilə bağlamaq istəyirik, baxaq, görək, necə olur"

18 Sentyabr 2021 12:00 Gündəm 1 250
"Messi ilə müqavilə bağlamaq istəyirik, baxaq, görək, necə olur"

ABŞ-ın "İnter Mayami" klubu Fransa PSJ-sinin futbolçusu Lionel Messi ilə müqavilə bağlamaq istəyir.

Sportinfo.az xəbər verir ki, bu barədə Amerika komandasının hücumçusu Qonsalo İquain açıqlama verib.

34 yaşlı forvard danışıqların gedişindən xəbərsiz olduğunu bildirib. Lakin onun fikrincə, tezliklə anlaşma əldə olunmayacaq: "Klubumuz Messi ilə müqavilə bağlamaq istəyir. Baxaq, görək, necə olur".

Lionel Messi PSJ ilə sonradan daha 1 mövsüm uzadıla bilməsi şərti əsasında 2 illik müqavilə bağlayıb.

"İnter Mayami" İngiltərə millisinin və "Mançester Yunayted"in sabiq futbolçusu Devid Bekhemə məxsusdur.

Digər Xəbərlər
Xəbər Lenti