“Sportinfo” siyasi təxribata görə Rusiya saytına zəng etdi, ... - FOTO

16 Sentyabr 2021 17:20 Gündəm 1 221
“Sportinfo” siyasi təxribata görə Rusiya saytına zəng etdi, ... - FOTO

Rusiyanın tanınmış Sports.ru saytında siyasi təxribata yol verildiyindən xəbərdarsız.

Bir daha xatırladaq ki, dünən Moskvada baş tutan “Spartak” – “Legiya” qarşılaşmasını (0:1) onlayn şəkildə izləyicilərinin diqqətinə çatdıran adıçəkilən sayt Mahir Emrelini topu dirəyə vurduğu epizodda erməni futbolçu kimi göstərmişdi.

Rusların ciddi səhvə yol verdiklərini və buna görə üzr istəməli olduqlarını diqqətə çatdırmaq üçün Sports.ru-nın redaksiyası ilə əlaqə saxladıq. Telefona cavab verən şəxs sualı dinlədikdən sonra “bir dəqiqə, dəqiqləşdirim” deyəndən sonra “yoxa çıxdı”.

Sonrakı ardıcıl zənglərimiz isə cavabsız qaldı. Növbəti cəhdimiz redaksiyanın elektron poçtuna məktub göndərmək oldu. Üstündən 4 saat keçməsinə baxmayaraq, cavab gəlmədi.

Bir müddət sonra elə həmin xəbərə yenidən nəzər salanda rusların etdikləri qələti düzəltdiklərini gördük. Fotolarda əvvəlki və hazırkı durumla tanış ola bilərsiz.

HƏBİB

Digər Xəbərlər
Xəbər Lenti
24 Aprel 16:50 Çək və bizə göndər!
24 Aprel 09:40 "Neftçi" canlı yayımda
24 Aprel 02:40 Çempion oldular
24 Aprel 02:00 Bakıda I modul başladı