Yeni idman naziri: "Prezidentin göstərdiyi etimad, mənim üçün böyük şərəfdir"

13 Sentyabr 2021 11:00 Gündəm 965
Yeni idman naziri: "Prezidentin göstərdiyi etimad, mənim üçün böyük şərəfdir"

"Ölkə Prezidenti İlham Əliyevin Gənclər və İdman Nazirliyinə rəhbər təyin olunmağım haqda sərəncamı ilə mənə göstərdiyi etimad mənim üçün böyük şərəfdir".

Sportinfo.az xəbər verir ki, bunu gənclər və idman naziri Fərid Qayıbov feysbuk səhifəsində yazıb.

Fərid Qayıbov sentyabrın 7-də gənclər və idman naziri təyin edilib.

"Əminəm ki, Azərbaycanda qurulmuş güclü idarəçilik sistemi və ixtisaslaşmış komanda ilə idmanda növbəti nailiyyətləri əldə edə bilərik.

Mən bütün həmkarlarım, dostlarım və bütün dünya üzrə idman ictimaiyyəti nümayəndələrinə təbrik və xoş arzularına görə öz təşəkkürümü bildirirəm", - nazir vurğulayıb.

Digər Xəbərlər
Xəbər Lenti
24 Aprel 16:50 Çək və bizə göndər!
24 Aprel 11:00 Tanıtmaq üçün varıq!
24 Aprel 09:40 "Neftçi" canlı yayımda
24 Aprel 02:40 Çempion oldular
24 Aprel 02:00 Bakıda I modul başladı