Azərbaycanda son gündə 2676 yoluxma - 38 nəfər vəfat etdi

12 Sentyabr 2021 22:10 Gündəm 847
Azərbaycanda son gündə 2676 yoluxma - 38 nəfər vəfat etdi

Sportinfo.az xəbər verir ki, Azərbaycanda son sutkada koronavirusa 2 676 yeni yoluxma qeydə alınıb, 3 893 nəfər müalicə olunaraq sağalıb.

COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 38 nəfər vəfat edib.

Ölkədə indiyədək ümumilikdə 460 092 nəfərin koronavirusa yoluxması müəyyən olunub, 409 404 nəfər müalicə olunaraq sağalıb, 6 103 nəfər vəfat edib, hazırda aktiv xəstə sayı 44 585 nəfərdir.

Son gün ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 13 536, ötən müddət ərzində isə ümumilikdə 4 652 996 test aparılıb.

Digər Xəbərlər
Xəbər Lenti