Azərbaycanda daha 2508 yoluxma - 37 nəfər öldü

10 Sentyabr 2021 23:30 Gündəm 528
Azərbaycanda daha 2508 yoluxma - 37 nəfər öldü

Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 2 508 yeni yoluxma faktı qeydə alınıb, 4 076 nəfər müalicə olunaraq sağalıb.

Sportinfo.az xəbər verir ki, analiz nümunələri müsbət çıxan 37 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 455 044 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 401 300 nəfər müalicə olunaraq sağalıb, 6 031 nəfər vəfat edib, aktiv xəstə sayı 47 713 nəfərdir.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 14 672, ötən müddət ərzində isə ümumilikdə 4 623 245 test aparılıb.

Digər Xəbərlər
Xəbər Lenti
25 Aprel 18:10 Çək və bizə göndər!