Bu gün Azərbaycanda daha 2557 yoluxma - 39 nəfər öldü

8 Sentyabr 2021 22:50 Gündəm 641
Bu gün Azərbaycanda daha 2557 yoluxma - 39 nəfər öldü

Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 2 557 yeni yoluxma faktı qeydə alınıb, 3 592 nəfər müalicə olunaraq sağalıb.

Sportinfo.az xəbər verir ki, analiz nümunələri müsbət çıxan 39 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 450 282 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 393 569 nəfər müalicə olunaraq sağalıb, 5 959 nəfər vəfat edib, aktiv xəstə sayı 50 754 nəfərdir.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 15 220, bu günə qədər isə ümumilikdə 4 593 820 test aparılıb.

Digər Xəbərlər
Xəbər Lenti