Yeni idman naziri: "Stadionda idim, millinin uduzmasına təəssüfləndim"

8 Sentyabr 2021 12:40 Gündəm 995
Yeni idman naziri: "Stadionda idim, millinin uduzmasına təəssüfləndim"

“Mən futbolu uşaqlıqdan sevirəm.

Çalışıram ki, mühüm oyunlara stadiondan baxım. Dünən də milli komandamızın oyununu stadiondan izlədim”.

Sportinfo.az xəbər verir ki, bunu yeni gənclər və idman naziri Fərid Qayıbov deyib.

“Dünənki oyunda çox təəssüf ki, komandamız məğlub oldu. Mən də digər vətəndaşlarımız kimi komandamızın uduzduğuna təəssüflənirəm. İstərdik ki, futbolçularımız daha yaxşı oynasınlar”, - nazir vurğulayıb.

O həmçinin bildirib ki, Azərbaycan futbolu ilə bağlı bir sıra işlər görülüb:

“Hesab edirəm ki, bu idman növünün daha da inkişaf etdirilməsi ilə bağlı Futbol Federasiyası ilə işlərimiz olacaq. Onlarla bu sahə ilə bağlı işlər aparmalıyıq”.

Azərbaycan millisi DÇ-2022-nin seçmə mərhələsində Portuqaliyaya Bakı Olimpiya Stadionunda 0:3 hesabı ilə uduzub.

Digər Xəbərlər
Xəbər Lenti
24 Aprel 16:50 Çək və bizə göndər!
24 Aprel 09:40 "Neftçi" canlı yayımda
24 Aprel 02:40 Çempion oldular
24 Aprel 02:00 Bakıda I modul başladı