“1-2 dəfə zarafat etdik” – Millimizin qapısına qol vuran hücumçu

8 Sentyabr 2021 13:40 Gündəm 1 357
“1-2 dəfə zarafat etdik” – Millimizin qapısına qol vuran hücumçu

“Futbol belədir. Heç vaxt təslim olmamaq, sona qədər döyüşmək lazım gəlir”.

Bu sözləri DÇ-2022-nin seçmə mərhələsi çərçivəsində Azərbaycanla - Portuqaliya görüşündə (0:3) qonaqların sonuncu qoluna imza atan Dioqo Jota deyib.

“Liverpul”un hücumçusu oyunla bağlı düşüncələrini portəgiz həmkarlarımızla bölüşüb:

“Biz öz işimizi gördük. Qarşımızda duran məqsəd qələbə qazanmaq idi ki, buna da nail olduq. Çox yaxşı futbol oynayıb, əla nəticə əldə etdik. İrəli boylanırıq”.

Jota Kriştiano Ronaldonun “Mançester Yunayted”ə qayıdandan sonra millinin düşərgəsində necə göründüyünü də şərh edib:

“O həmişə komandaya fayda verir. Bizimlə birlikdə olanda 1-2 dəfə zarafat etdik, başqa elə bir şey xatırlamıram”.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti