"Qarabağ" rəsmisi: "UEFA klubumuzun qarşısında əlavə tələblər irəli sürməyib"

8 Sentyabr 2021 10:40 Gündəm 1 334
"Qarabağ" rəsmisi: "UEFA klubumuzun qarşısında əlavə tələblər irəli sürməyib"

UEFA Konfrans Liqasının qrup mərhələsinin I turundakı "Qarabağ" - "Bazel" (İsveçrə) oyununun stadionu dəyişdirilib.

Bu barədə qurumun rəsmi saytı məlumat yayıb.

Matç daha əvvəl nəzərdə tutulduğu kimi Tofiq Bəhramov adına Respublika stadionunda keçirilməyəcək.

Qarşılaşma Bakı Olimpiya Stadionunda oynanılacaq. Buna səbəb Respublika stadionunun ot örtüyünün istənilən səviyyədə olmamasıdır.

Sentyabrın 16-da gerçəkləşəcək "Qarabağ" - "Bazel" görüşü saat 20:45-də başlayacaq.

Ağdam klubunun mətbuat xidmətinin rəhbəri Gündüz Abbaszadə Sportinfo.az-a bildirib ki, bu qərar yalnıız qrup mərhələsinin ilk ev oyununa aiddir.

Komanda "Kayrat" və "Omoniya" ilə "Tofiq Bəhramov"da üz-üzə gələcək: "UEFA oyunun yerinin dəyişdirilməsinə görə klubumuzun qarşısında əlavə tələblər irəli sürməyib.

Təşkilatçılıq sarıdan hansısa problemlərin yaranacağını düşünmürəm. Çünki BOS-un milli və klub səviyyəsində oyunların qəbulu baxımından böyük təcrübəsi var".

Digər Xəbərlər
Xəbər Lenti
19 Aprel 16:30 Çək və bizə göndər!