Ruben Diaş: "Əsas şərtimiz Azərbaycanla oyuna fokuslanmaq olacaq"

6 Sentyabr 2021 17:30 Gündəm 883
Ruben Diaş: "Əsas şərtimiz Azərbaycanla oyuna fokuslanmaq olacaq"

"Azərbaycan millisinin İrlandiyaya qarşısını izlədik".

Sportinfo.az xəbər verir ki, bunu Portuqaliya millisinin futbolçusu Ruben Diaş Bakıda Azərbaycana qarşı keçirəcəkləri 2022-ci il dünya çempionatının seçmə oyunundan öncə mətbuat konfransında deyib.

24 yaşlı müdafiəçi Canni De Byazinin başçılıq etdiyi kollektivin yaxşı oyun sərgilədiyini bildirib: "Bu matçda da əsas şərtimiz diqqətli olmaq və görüşə fokuslanmaq olacaq".

Sentyabrın 7-də Bakı Olimpiya Stadionunda oynanılacaq Azərbaycan - Portuqaliya matçı saat 20:00-da start götürəcək.

Digər Xəbərlər
Xəbər Lenti