“AFFA məni işlə təmin etməyə borclu deyil”

29 İyul 2021 21:00 Gündəm 954
“AFFA məni işlə təmin etməyə borclu deyil”

“Mən iş üçün indiyədək heş bir qapını döyməmişəm və bundan sonra da qapı döymək fikrim yoxdur”.

Bu sözləri Sportinfo.az-a açıqlamasında “Neftçi” və “Keşlə”nin sabiq idman direktoru Ceyhun Sultanov deyib.

Iki ay öncə sonuncu iş yerini tərk edən funksioner yeni təkliflərə açıq olduğunu bildirib. Amma o, bu məqsədlə AFFA-ya müraciət etməyəcəyini də diqqətə çatdırıb:

“AFFA məşğulluq idarəsi deyil ki, onlardan iş istəyim. Onlar məni işlə təmin etməyə borclu deyil.

Ümumiyyətlə, fikirləşirəm ki, bu, səhv yanaşmadır. Futbol oynamış hər adam durub getsin AFFA-ya və desin ki, mənə iş verməlisz - belə olmaz.

Dünyanın heç bir yerində federasiya futbol adamlarının qarşısında belə bir öhdəlik götürmür.

Bütün klublar məni tanıyır, hansı birinə lazım olsam, özləri dəvət göndərəcək. Hər halda mən öz savadıma və təcrübəmə arxayınam. Hələ bir müddət gözləyəcəm”.

Digər Xəbərlər
Xəbər Lenti
22 Aprel 18:10 Çək və bizə göndər!