Məşhur məşqçi azərbaycanlı futbolçunu ərəb klubuna apardı - SON DƏQİQƏ

16 İyul 2021 13:50 Gündəm 2 578
Məşhur məşqçi azərbaycanlı futbolçunu  ərəb klubuna apardı - SON DƏQİQƏ

“Sabah”dan ayrılan Bəhlul Mustafazadənin yeni klubu müəyyənləşib.

Sportinfo.az-ın məlumatına görə, millinin müdafiəçisi karyerasını BƏƏ-də davam etdirəcək.

O, “Əl-Əyn" ilə anlaşıb. “Sabah”ın Gürcüstanda başyalan təlim-məşq toplanışında iştirak etməyən arxa xətt oyunçusu müqavilə imzalamaq üçün Ərəbistan yarımadasına yola düşüb.

Bəhlulu ora Sergey Rebrov dəvət edib. Məşhur ukraynalı yaxınlarda bu klubun baş məşqçi postuna gətirilib.

Rebrov son olaraq Macarıstanda "Feretsvaroş"u çalışdırıb. O, bu komanda ilə keçirdiyi hər 3 mövsümdə çempionluq titulunu qazanıb.

Digər Xəbərlər
Xəbər Lenti