“Sülh müqaviləsi imzalamağa hazırıq, ancaq Ermənistan reaksiya vermir”

14 İyul 2021 22:30 Gündəm 667
“Sülh müqaviləsi imzalamağa hazırıq, ancaq Ermənistan reaksiya vermir”

“Bu gün bir məsələyə də toxunmaq istəyirəm. Mən bunu artıq bir neçə dəfə səsləndirmişəm.

Hesab edirəm ki, sizin qarşınızda buna da aydınlıq gətirməliyəm. Mən bir neçə dəfə demişəm ki, biz Ermənistanla sülh müqaviləsini imzalamağa hazırıq. Yəni, bu işlərin başlanmasına hazırıq”.

Sportinfo.az xəbər verir ki, bunu Prezident İlham Əliyev bu gün Xocasən qəsəbəsində şəhid ailələri və müharibə əlilləri ilə görüşündə deyib.

Dövlət başçısı qeyd edib ki, ancaq Ermənistan tərəfindən buna reaksiya yoxdur:

“Rəsmi reaksiya yoxdur. Qeyri-rəsmi kanallarla bizə çatan məlumat budur ki, Ermənistan buna hazır deyil. Hesab edirəm, bu çox böyük bir səhv olacaq. Necə ki, müharibə ərəfəsində və müharibə dövründə Ermənistan tərəfi böyük səhvlər buraxıb, hərbi cinayətlər törədib.

Bu, növbəti böyük səhv ola bilər. Çünki bizim bu təklifimiz yeni real vəziyyətə əsaslanır. Biz hesab edirik ki, məsələ həll olunub, Ermənistan və Azərbaycan arasında sülh müqaviləsi olmalıdır. Bir-birinin ərazi bütövlüyünün tanınması olmalıdır, sərhədlərin tanınması olmalıdır, delimitasiya işlərinə start verilməlidir”.

Digər Xəbərlər
Xəbər Lenti