Konfrans Liqası başladı

7 İyul 2021 01:10 Gündəm 1 339
Konfrans Liqası başladı

Avropa Konfrans Liqasında 1-ci təsnifat mərhələsinin ilk oyunlarına start verilib.

Sportinfo.az xəbər verir ki, ilk oyun günündə üç matç keçirilib.

Malta “Mosta”sı doğma meydanda Trnava “Spartak”ına (Slovakiya) 3:2, Albaniya “Laçi”si Monteneqro “Podqoritsa”sına 1:0 hesabı ilə qalib gəlib.

“Santa-Koloma” - “Mons Kalpe” görüşündə isə qalib müəyyənləşməyib - 1:1.

Mərhələnin qalan ilk görüşləri iyulun 8-də keçiriləcək.

Azərbaycanı Konfrans Liqasında təmsil edəcək “Qarabağ”, “Sumqayıt” və “Keşlə” mübarizəyə 2-ci təsnifat mərhələsindən qoşulacaq.

6 iyul

"Mosta" (Malta) - "Spartak" (Trnava, Slovakiya) - 3:2

"Santa-Koloma" (Andorra) - "Mons Kalpe" (Cəbəllütariq) - 1:1

"Laçi" (Albaniya) – "Podqoritsa" (Monteneqro) - 1:0

Digər Xəbərlər
Xəbər Lenti