Bu gün hansı milli ilk finalçı olacaq – İtaliya, yoxsa İspaniya?

6 İyul 2021 23:00 Gündəm 640
Bu gün hansı milli ilk finalçı olacaq – İtaliya, yoxsa İspaniya?

Bu gün futbol üzrə Avropa çempionatında yarımfinal mərhələsinə start veriləcək.

Sportinfo.az xəbər verir ki, bu raundun hər iki görüşü İngiltərənin paytaxtı Londondakı "Uembli" stadionunda keçiriləcək.

İlk oyun günündə bir qarşılaşma baş tutacaq. Əvvəlcə turnirin əsas favoritlərindən ikisi - İtaliya və İspaniya finala vəsiqə uğrunda meydana çıxacaqlar.

Almaniyalı FIFA referisi Feliks Brixin idarə edəcəyi oyun Bakı vaxtı ilə saat 23:00-da başlayacaq. Matçı 60 mindən çox azarkeşin stadionda canlı izləyəcəyi gözlənilir.

23:00. İtaliya - İspaniya

Baş hakim: Feliks Brix (Almaniya)

London, "Uembli" stadionu

Digər Xəbərlər
Xəbər Lenti
23 Aprel 18:40 “İki seçimimiz var”