Ukrayna məğlubiyyətə uğradı, Avstriya 1/8 finalda - VİDEO

21 İyun 2021 22:10 Gündəm 556
Ukrayna məğlubiyyətə uğradı, Avstriya 1/8 finalda - VİDEO

Avropa çempionatında 1/8 finalın daha bir iştirakçısı müəyyənləşib.

Sportinfo.az xəbər verir ki, C qrupunda Niderland millisindən sonra Avstriya da pley-offa vəsiqə qazanıb.

Qrupdakı son oyunda Ukrayna seçməsi ilə üz-üzə gələn Franko Fodanın baş məşqçi olduğu kollektiv minimal hesablı qələbə qazanıb.

Rumıniyanın paytaxtı Buxarestdəki "Milli Arena"da keçirilən görüşdə yeganə qolu 21-ci dəqiqədə Feliks Baumqartner vurub. Bu nəticədən sonra xallarını 6-ya çatdıran avstriyalılar 2-ci yerin sahibi kimi qrupdan çıxıblar.

Komanda 1/8 finalda A qrupunu ilk pillədə tamamlayan İtaliya millisinə rəqib olub. Bu oyun iyunun 26-da İngiltərənin paytaxtı Londondakı "Uembli" stadionunda baş tutacaq.

Ukraynalılar isə ən yaxşı üçüncü yeri tutan komandalardan olmaq üçün digər matçların nəticələrini gözləməlidir.

Digər Xəbərlər
Xəbər Lenti