Britaniya derbisində qalib gələn olmadı - VİDEO

19 İyun 2021 00:52 Gündəm 710
Britaniya derbisində qalib gələn olmadı - VİDEO

Avropa çempionatının D qrupunda II turun növbəti oyunu keçirilib.

Sportinfo.az xəbər verir ki, ilk matçda qələbə qazanan İngiltərə Şotlandiya ilə üz-üzə gəlib.

Londondakı "Uembli" stadionunda gerçəkləşən qarşılaşmanı ispaniyalı hakim Antonio Migel Mateu Laos idarə edib. Görüş başladığı kimi qolsuz bərabərliklə bitib.

Bu nəticədən sonra xallarının sayını 4-ə çatdıran İngiltərə Çexiya ilə birlikdə ilk iki pilləni bölüşdürür. Şotlandiya və Xorvatiyanın isə 1 xalı var.

Digər Xəbərlər
Xəbər Lenti